Prezident ölkədə toy etməyi yasaqladı
Bu barədə AzVision.az “Azadlıq Radiosu”na istinadən xəbər verir.
Məlumatda vurğulanır ki, restoran sahiblərinə toyların keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, toy şənlikləri pambıq yığımı başa çatandan sonra keçirilə bilər.
Qeyd edək ki, ötən gün Özbəkistan KİV-lərində ölkənin kənd təsərrüfatı nazirinin pambıq yığımı normasını yerinə yetirmədikləri üçün bir neçə məktəb direktorunu döyməsi ilə bağlı məlumatlar yer alıb.
Eldar Tanrıverdiyev
AzVision.az