Papanı ABŞ-da öldürmək istəyirlər - Sui-qəsd cəhdi

Papanı ABŞ-da öldürmək istəyirlər - Sui-qəsd cəhdi
  14 Sentyabr 2015    Oxunub:3093
ABŞ xüsusi xidmət orqanları Roma Papasının bu ölkəyə səfəri zamanı ona qarşı baş verəcək təhlükənin qarşısını alıb.
AzVision.az “CBS News” istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının milli təhlükəsizik üzrə komitəsinin rəhbəri Maykl Makkol bildirib.

Konqresmenin sözlərinə görə, o, bu barədə məlumatı yüksək rütbəli məmurların qorunmasına cavabdeh olan Təhlükəsizik Xidmətindən alıb: “Biz belə bir halın qarşısını almışıq”.

Makkol vurğulayıb ki, Papa insanlarla ünsiyyətdə olmağı sevən olduqca emosional adamdır: “Bu isə ona qarşı mümkün ciddi təhlükələrin olması ilə nəticələnir. Düşünürəm ki, onun ABŞ-a səfəri zamanı biz hamımız diqqətli olmalıyıq”

Qeyd edək ki, Roma Papası 22 – 27 sentyabr tarixlərində Vaşinqton, Nyu York və Filadelfiyaya səfər edəcək. Vaşinqtonda o, ABŞ prezidenti Barak obama ilə görüşəcək. Nyu Yorkda BMT Baş Assambleyasının iclasında çıxış edəcək. Roma papası Filadelfiyada isə immiqrasiya və dini azadlıq məsələləri ilə bağlı çıxış edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti