Kürd lideri həbs olunur

Kürd lideri həbs olunur
  10 Sentyabr 2015    Oxunub:3202
Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, deputat Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Belə ki, Türkiyənin Diyarbəkir əyaləti prokurorluğu S.Dəmirtaş barəsində istintaqa başlayıb.
Partiya sədri "türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlət qurumlarını aşağılamaqda, cinayət işlətməyə təhrikdə, terrorçu qrupları dəstəkləyib, onları təbliğ etməkdə, Türkiyə prezidentini təhqir etməkdə" ittiham olunur.

Xatırladaq ki, ötən gün paytaxt Ankarada HDP-nin (Xalqların Demokratik Partiyası) binası bir qrup gənc tərəfindən yandırılıb. Küçəyə çıxan gənclər şəhid olan 16 türk əsgərini anmaq üçün HDP binası önündə şüarlar səsləndiriblər. Qrup üzvlərindən biri HDP binasına daxil olaraq binanı yandırıb. Diyarbəkir şəhərində mətbuata açıqlama verən partiya sədri S.Dəmirtaş isə çox sərt açıqlamalar verib. O, açıq-aşkar kürdləri müharibəyə çağırıb:

"Onları anasından doğduğuna peşman edin. Hamı müdafiəyə qalxmalıdır. Bu günlər gəlib geçəcək. Qorxmaq bizim kitabımızda yoxdur. Allahdan başqasından qorxmadıq, qorxmarıq da."

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti