Məşhur avtomobil şirkəti cəzalandırıldı
Şirkət onların işdən azad olunmasına səbəb kimi həmin işçilərin vaxtilə həbsxanada olduqlarını göstərib. İşçilərin əksəriyyəti son 7 il ərzində məhkumluq həyatı yaşayıb.
BMW şirkəti 2013-cü ildə işdən çıxarılan 70 qaradərili əməkdaşı daxil olmaqla 88 nəfər işçi tərəfindən məhkəməyə verilib. ABŞ-dakı müəsissələrdən çıxarılan işçilərin əksəriyyəti 10 ildən çoxdur ki, şirkətlə əməkdaşlıq edib.
İrqi ayrı-seçkilik yalnız BMW şirkətinin əməkdaşlarını işdən çıxarması ilə bitmir. Son vaxtlar ABŞ-da diskriminasiya halları çoxalıb.
Bir neçə gün öncə Virciniya ştatında iki jurnalistin öldürülməsiylə yenidən bütün diqqət ABŞ-a yönəlib. (Ans)