Azərbaycan Gürcüstana 160 milyon dollar yatırıb

Azərbaycan Gürcüstana 160 milyon dollar yatırıb
  09 Sentyabr 2015    Oxunub:2131
İlkin məlumatlara görə, 2015-ci ilin ikinci rübündə Gürcüstana 355 milyon dollar həcmində birbaşa investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 81% çoxdur.
AzVision.azGürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi xəbər yayıb.

Məlumata əsasən ilin rübündə Gürcüstana ən çox investisiya yatıran ölkə Azərbaycan olub. Cari dövrdə Azərbaycan Gürcüstan iqtisadiyyatına 160 milyon ABŞ dolları yatırıb.

Siyahıda ikinci yerdə 68 milyon ABŞ dolları ilə Hollandiya, üçüncü pillədə isə 41 milyon dollarlıq göstərici ilə Türkiyə gəlir.

Məlumatda həmçinin bildirib ki, ümumilikdə ən çox investisiya nəqliyyat və rabitə (207 milyon dollar), maliyyə (41 milyon dollar), və yenidən işlənmə (30 milyon) dollar yatırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti