Obama sağ qalmaq üçün görün nə etdi – VİDEO

Obama sağ qalmaq üçün görün nə etdi – VİDEO
  09 Sentyabr 2015    Oxunub:26635
ABŞ prezidenti Barak Obama ayının tam olaraq yemədiyi som balığını yeyib.
AzVision.az xəbər verir ki, hadisə “Running Wild” teleşousunun Alyaskada baş tutan çəkilişləri zamanı baş verib.

Verilişin gedişi zamanı Bear Qrills (Bear Grylls) Barak Obamaya daha əvvəl ayının çeynədiyi balığın bir hissəsini yeməyi təklif edib. O prezidentə izah edib ki, ayı balığın ən yağlı hissələrini yeyir, qalan hissəni isə atır. Bundan sonra Qrills som balığını qızardaraq Obamaya təklif edib.

Yeməyin dadına baxan prezident isə bildirib: “Krekerlər də olsaydı balıq daha dadlı olardı”.



Bear Qrills bütün dünyada məşhur olan “Sağ qalmaq” teleşousunun aparıcısıdır. O, verilişdə tamaşaçılara ekstremal şəraitdə yaşamaq qaydalarını başa salır. “Running Wild” teleşousu da bu qaydalar üzərində qurulur. Lakin hər yeni buraxılışda aparıcı ilə yanaşı məşhur bir ulduzda verilişdə çəkilir. Belə ki, verilişdə indiyə qədər Ben Stiller, Zak Efron, Keyt Hadson, Mişel Rodriqez və digər məşhurlar çəkilib. Şou 2014-cü ildən yayımlanır.

Verilişin ABŞ prezidenti Barak Obama ilə bağlı olan buraxılışının bu ilin sonuna kimi efirdə yayımlanacağı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti