`AB-nin gələcəyi sual altındadır` - Yoşka Fişer

`AB-nin gələcəyi sual altındadır` - Yoşka Fişer
  09 Sentyabr 2015    Oxunub:2383
`Avropa Birliyinin gələcəyi təhlükə altındadır`. Bu fikri `Süddeutsche Zeitung` qəzetinə müsahibəsində Almaniyanın keçmiş xarici işlər naziri, hazırda “Yaşıllar Partiyası”nın əsas simalarından biri olan Yoşka Fişer deyib.

AzVision.az xəbər verir ki, Yoşka Fişer hazırda Avropa İttifaqı ölkərinin ciddi qaçqın problemi ilə üzbəüz qaldıqları, ən əsası isə məsələnin həllində yekdil mövqe sərgiləmədikləri üçün nəticədə Avropa Birliyinin gələcək fəaliyyətini ciddi sual altında qoyduqlarını söyləyib.

O, əlavə edib ki, mövcud miqrant probleminin həllindən ötrü bütün ölkələr birlikdə mənəvi, siyasi və administrativ əməkdaşlıq sərgiləməlidirlər.

Keçmiş xarici işlər naziri həmçinin qeyd edib ki, miqrant probleminin həllində istənilən passivlik, eləcə də qeyri-fəalllıq açıq şəkildə Avropa İttifaqının gələcək yaşamını böyük bir risklə qarşı-qarşıya qoyur.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti