Rusiya Azərbaycana ağır artilleriya göndərir
AzVision.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzi bildirib.
“Rosoboroneksport” şirkətinin baş direktorunun müavini İqor Sevastyanov quru qoşunları üçün Rusiya texnika və silah-sursatına olan xarici sifariş portfelinin 12 milyard dolları keçdiyini qeyd edib.
Qeyd edək ki, bu gün Rusiyanı Nijni Taqil şəhərində “Russia Arms Expo-2015” silah-sursat və hərbi texnika sərgisi başlayıb. Sərgi təşkilatçıları 65 xarici nümayəndənin sərgiyə qatılacağını açıqlayıb. Sərgidə T-14 tankları və BMP-15 də daxil olmaqla, Rusiya zirehli texnikasının ən yeni nümunələri nümayiş olunur.
Eldar Tanrıverdiyev
AzVision.az