Miqranta badalaq vuran jurnalist işdən qovuldu - VİDEO

Miqranta badalaq vuran jurnalist işdən qovuldu - VİDEO
  09 Sentyabr 2015    Oxunub:3949
Macarıstanın milli televiziyası olan “N1TV” kanalının əməkdaşı Petru Laslo polislərdən qaçan və əlində körpəsi olan miqranta badalaq vuraraq, onu yerə yıxdığı üçün işdən qovulub.
AzVision.az “Euronews”-a ə istinadən xəbər verir ki, bu anı əks etdirən videogörüntü sosial şəbəkələrdə əks-səda doğurduqdan sonra televiziya rəhbərliyi onu işdən çıxarmalı olub.

“Bizim həmkarımız Reske düşərgəsində (mühacirlərin saxlanıldığı yer) özünü düzgün aparmadı”, - kanalın baş redaktoru Saboş Kişber deyib.

Yayılan başqa görüntülərdə isə jurnalist xanımın Yaxın Şərqdən gələn miqrantları təpiklədiyi görünür.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti