Saakaşvili baş nazirin müavini ola bilər

Saakaşvili baş nazirin müavini ola bilər
  08 Sentyabr 2015    Oxunub:2377
Ukrayna prezidenti Pyotr Poroşenko Administrasiyası hökumətin tərkibinin dəyişdirilməsi məsələsini nəzərdən keçirir. Mümkün dəyişikliklərdən sonra Mixail Saakaşvili Ukrayna baş nazirinin müavini ola biləcək.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Ukrayna baş naziri postuna isə Nataliya Yaresko gətirilə bilər. Ehtimal olunur ki, onun birinci müavini “Pyotr Poroşenko bloku”ndan deputat seçilən İqor Kononenko bildirib.
İslahatlar aparılacaq Nazirlər Kabinetində Odessa vilayətinin qubernatoru Mixail Saakaşviliyə də yer veriləcək. Belə ki, o, baş nazirin müavini ola bilər.

“Prinsipcə, hamı Saakaşvilinin hakimiyyət gəlməsində maraqlıdır. Ehtimal olunur ki, Saakaşvili ölkədə islahatların aparılmasına təkan verəcək”, - deyə Ukraynanın “Apostrof” nəşri yazıb.

Qeyd edək ki, Ukrayna vətəndaşları Gürcüstanının sabiq prezidenti, Odessa vilayətinin qubernatorunu Mixail Saakaşvilinin Ukraynanın baş naziri olması ilə bağlı Ukrayna prezidentinin saytında petisiya başlatmışdı.

Ukrayna prezidentinin saytında yerləşdirilmiş ərizədə sabiq prezidentin 25 000-dən çox səs topladığı görülür. 1 sentyabrda elan edilən kampaniyanın mətnində Ukrayna prezidentindan Saakaşvilinin baş nazir təyin edilməsi xahiş edilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti