Əliyev Nazarbayev və Atambayevlə görüşəcək

Əliyev Nazarbayev və Atambayevlə görüşəcək
  08 Sentyabr 2015    Oxunub:2181
Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentləri türk liderlərinin Astanadakı iclasında iştirak edəcəklər.
Oxu.Az qazax KİV-nə istinadən xəbər verir ki, bu barədə diplomatik korpusun nümayəndələri ilə brifinq zamanı Qazaxıstan respublikasının xarici işlər naziri Yerlan İdrisov bildirib.

“Sentyabrın 11-də türk liderlərinin – Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşünü keçirəcəyik. Obyektiv səbəblər üzündən cənab R.T.Ərdoğan bu iclasda iştirak etməyəcək, amma o, yüksək vəzifəli nümayəndələr göndərir. Bəzi ölkələr də bu iclasa öz nümayəndələrini göndərəcək. Bu, gündəmimizi müzakirə edəcəyimiz görüş olacaq” - nazir qeyd edib.

Digər türk dövlətlərinin nümayəndələrinin də iclasda iştirak edəcəyi gözlənilir. Görüşün gündəmi barədə İdrisov məlumat verməyib.


Teqlər:





Xəbər lenti