Naxçıvanla sərhəddə terror: 10 polis şəhid oldu

Naxçıvanla sərhəddə terror: 10 polis şəhid oldu
  08 Sentyabr 2015    Oxunub:13598
PKK Türkiyədə daha bir terror aktı törədib.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçular İğdır vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsində polisləri aparan mikroavtobusu partladıb.

İlkin məlumatlara görə, terror aktı nəticəsində 10 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qeyd edək ki, 13-gün əvvəl PKK silahlıları Dilucu sərhəd buraxılış məntəqəsində polisləri aparan maşına silahlı hücum etmişdi. Hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanmışdı.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti