Türkiyə şəhidlərin qisasını alır: 40 PKK-çı öldürüldü
AzVision.az “NTV”yə istinadən xəbər verir ki, əməliyyatlarda 50-yə yaxın təyyarə iştirak edib.
Aviazərbələr PKK-nın Kandil, Hakurk, Avaşin, Basyan və Metinada yerləşən baza və düşərgələrinə aviazərbələr endirib. Ümumilikdə 20-yə yaxın PKK obyektinə 130 bomba atılıb. Əməliyyatlar zamanı ən azı 40 PKK yaraqlısının məhv edildiyi bildirilir.
Qeyd edək ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkari vilayəti ərazisində, Dağlıca kəndi ərazisində 15-dən çox əsgər və zabitin şəhid olmasına görə PKK-dan qisasın alınacağını söz vermişdi.
Eldar Tanrıverdiyev
AzVision.az