“Bu, Almaniyanın problemidir” – Macarıstan Prezidenti

“Bu, Almaniyanın problemidir” – Macarıstan Prezidenti
  08 Sentyabr 2015    Oxunub:1910
Macarıstan prezidenti Avropaya etdiyi rəsmi səfər çərçivəsində Brüsseldə çıxış edərək miqrant məsələsini birbaşa “Almaniyanın problemi” adlandırıb.

AzVision.az Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə istinadla bildirir ki, Macarıstan prezidenti Viktor Orban ölkəsinə axışan qaçqın kütləsindən çox narahat olduğunu deyib. Bir çox Macarıstan rəsmiləri, eləcə də başda prezident Viktor Orban olmaqla qaçqınların ölkəyə buraxılmasına qarşı çıxıraraq “AB”-dən sərhədlərin ciddi şəkildə mühafizəsini tələb edirlər.

Donald Tsuk Brüsseldə Macarıstan prezidenti Viktor Orbanla görüş zamanı ən azı 100.000 miqrantı qəbul etməyi, eləcə də bu məsələdə kompramisə getməyə dəvət etsə də, o tam əskinə mövcud problemi Avropa Birliyinin, xüsusən Almaniyanın öz problemi adlandırıb. Macarıstan prezidenti vurğulayıb ki, bütün qaçqınlar Avstriya və Almaniya istiqamətində yola salınacaq.

Donald Tsuk da fikirlərində qeyd edib ki, Qərbi və Şərqi Avropa ölkəri arasında miqrant qəbulu məsələsinə yanaşmada ciddi fikir ucurumu var.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti