Türkiyədə polisə növbəti hücum - yaralılar var

Türkiyədə polisə növbəti hücum - yaralılar var
  27 Avqust 2015    Oxunub:1840
PKK terror təşkilatının silahlıları Türkiyənin Osmaniyə, Qaziantep və Van şəhərlərində polis əməkdaşlarına silahlı hücum edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Osmaniyədə terrorçular xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

Silahlı hücum nəticəsində ölən və yaralanan olmayıb.

Hadisə yerinə hərbçilər cəlb olunub və əməliyyat başlayıb.

Anoloji hadisə Qaziantep şəhərində də yaşanıb. Belə ki, PKK-çılar polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib.

Hücumu törətməkdə şübhəli bilinən 3 nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Van şəhərində də PKK yetkililəri polis avtomobilini minaatanlardan atəşə tutublar. Silahlı hücum nəticəsində 2 nəfər yaralanıb.

Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat başlayıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti