Hərbi hissədə ölənlərin sayı 5-ə çatdı - Yenilənib

Hərbi hissədə ölənlərin sayı 5-ə çatdı - Yenilənib
  27 Avqust 2015    Oxunub:3890
Rusiyada hərbi düşərgədə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5-ə çatıb.
AzVision.az xəbər verir ki, adı açıqlanmayan 24 yaşlı çavuş hərbi hospitalda həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Bundan başqa ağır yaralanan digər əsgərin ağır vəziyyətdə reanimasiyada olduğu bildirilir.

Qeyd edək ki, intihar edən 18 yaşlı Pavel Baxtın Yoşkar-Ola şəhərində anadan olub, əvvəl Omsk vilayətindəki hərbi hissələrdən birində hərbi qulluqda olub.

**
Rusiyada hərbi hissədə silahlı insident baş verib.AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kostroma vilayətindəki hərbi hissənin qarovul məntəqəsində qeydə alınıb.

Belə ki, əsgərin avtomatdan hərbi qulluqçulara açdığı atəş nəticəsində bir zabit və iki əsgər ölüb, ikisi isə yaralanıb. Daha sonra atəş açan əsgər intihar edib.

Yaralılar dərhal hərbi hospitala yerləşdirilib. İlkin ehtimala görə, silahlı insident şəxsi münasibətlər zəminində baş verib.


Teqlər:  





Xəbər lenti