`La-Manş` miqrantların ölüm tunelinə çevrilib

`La-Manş` miqrantların ölüm tunelinə çevrilib
  26 Avqust 2015    Oxunub:2962
Fransa və Britaniya Kalais şəhərinə olan miqrant axınının qarşısını tamamilə almağa çalışırlar.

AzVision.az “Deutsche Welle”yə istinadən bildirir ki, 2014-cü ilin iyul ayı ilə müqayisədə bu ilin iyul ayına qədər 110.000 miqrant Avropa ölkələrinin sərhədlərinə axışıb. Miqrantların Fransa və Britaniya arasındakı `La-Manş` tunelinə girməsi isə ayrı bir problem yaradır. Tunelə qaçqınların girişini aradan qaldırmaq, eləcə də tuneldəki ölüm hallarının qarşını almaqdan ötrü hər iki ölkə birgə Klais şəhərində mühafizə zonası yaratmağı qərarlaşdırıblar.

Minlərlə qaçqının müxtəlif yollar vasitəsi ilə həftələrlə tunel vasitəsi ilə Britaniyaya məxsus adaya çıxmağa cəhd etdiyi deyilir. Qatar, avtomobil və digər nəqliyyat vasitələrilə keçməyə cəhd edən çoxlu sayda insanın tuneldə həyatını itirdiyi bildirlir. Fransa və Britaniyanın daxili işlər nazirləri artıq uzun müddətdir ki, məsələnin həlli üzərində ciddi işləyirlər.

“Frankfurter Allgemeine Zeitung” xəbər verir ki, Calais şəhərinin meriyası Fransa və Britaniyadan qaçqınların ehtiyaclarını ödəmək, eləcə də qabaqlayıcı tədbirlər görmək üçün 50 milyon avro tələb edib. Səbəb kimi isə həmin şəhərin son 15 ildə qarşılaşdığı bu cür çətinlik, ondan dolayı yarana biləcək iqtisadi geriləməni önləməyə sərf olunacağı deyilib.

“Daily Mail” qəzeti isə yazır ki, Britaniyanın baş naziri Devid Kameron qaçqın axınına münasibət bildirərək çıxışlarının birində baş verən hadisələri “dəlilik” adlandıraraq qaçqınları yağışdan sonra tökülən çoxlu yarpağa bənzədib.

Britaniya və Fransa isə öz növbələrində Avropa Birliyindən qaçqınarlı təmin etmək üçün humanitar yardım paketinin ayırılmasını gözləyirlər. Avopalı müşahidəçilər bildirirlər ki, avqust ayının sonundək Fransanın şimalında yerləşən Kalais şəhərində 4000 nəfər civarında qaçqın olacaq. Fransanın şimal hissəsindəki qaçqınların Suriya, Əfqanıstan və Afrikadan gəldiyi deyilir. Məlumat verilir ki, hər gün təxminən 100 nəfərə kimi insan tuneldən keçməyə çalışır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti