Qaçqınlar Merkeli fitə basdılar

Qaçqınlar Merkeli fitə basdılar
  26 Avqust 2015    Oxunub:1798
Almaniya kansleri Anqela Merkel qaçqınların düşərgəsinə səfəri zamanı fitə basılıb.
Bu barədə AzVision.az ` Der Spiegel`-ə istinadən xəbər verir ki, daha əvvəl bu düşərgədə qarşıdurmalar baş vermişdi.

Məlumatda qeyd olunur ki, qaçqınlar Merkələ `satqın`, `satqın` deyə qışqırıblar. Yaxınlıqdan keçən sürücülər isə siqnal veriblər.

Qeyd edək ki, daha əvvəl Merkel İtaliya və Yunanıstanda qaçqınlar üçün qeydiyyat mərkəzinin yaradılmasını təklif edib.
2015-ci ilin ilk yeddi ayı ərzində Almaniyada qaçqın statusu almaq üçün 219 min insan müraciət edib ki, bu da ötən ilki göstəricidən 125% çoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti