Berlində bomba həyəcanı

Berlində bomba həyəcanı
  26 Avqust 2015    Oxunub:1645
Almaniyanın Sosial-Demokratlar Partiyasının Berlin bürosunda bomba həyəcanı yaşanıb.

AzVision.az Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, anonim telefondan daxil olan zənglə bir nəfər binada bomba olduğunu bildirib nəticədə Sosial-Demokratlar partiyasının Berlin bürosundakı insanlar təcili boşaldılıb, lakin heç bir partlayıcı vasitəyə rast gəlinməyib.

Partiyanın sədri Zigmar Gabriel bildirib ki, cəmiyyətdə bu kimi təhlükəli hallar birbaşa miliyyətçilik təbliğatından qaynaqlanır.

Polis isə partiya sədri Zigmar Gabrielin “Haydenau” şəhərinə irqçilik zəminində baş verən iğtişaşlardan dolayı gəlməsi və orada miliyyətçiliyə qarşı çıxış etməsindən sonra bomba təhlükəsinin yaşandığını bildirir. Hüquq mühafizə orqanları da “bomba olayı”nın səbəblərini elə burada axtarmağa başlayıblar. Partiya rəhbərinin çıxış zamanı “milliyyətçi tipləri bir milli metr belə yaxın buraxmaq olmaz” ifadəsini işlətməsindən bir neçə gün sonra partiyanın Berlin bürosunda bomba olması ilə bağlı naməlum zəng daxil olub.

Həmçinin partiya sədri deyib ki, belə hallara yol verən şəxslər barədə Polis və Prokurorluq tərəfindən həbs qəti imkan təbdiri həyata keçiriləcək.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti