`Porno göstərməyəcəyik` - `Hilton`

`Porno göstərməyəcəyik` - `Hilton`
  26 Avqust 2015    Oxunub:5137
`Hilton` otellər şəbəkəsində porno kanallar qonaqlara təqdim olunan siyahıdan çıxardılacaq.

AzVision.az `The Mirror`a istinadən xəbər verir ki, şirkət bunu oteldə qalan müştərilərin istəyi ilə izah edib.
`Hilton` rəhbərliyində olan mənbənin sözlərinə görə, hazırda belə kanallar dünyada olan otellərin əksəriyyətində yığışdırılıb. Yerdə qalan otellərdə isə xidmət tezliklə ləğv ediləcək.
`Biz öz müştərilərimizi dinlədik və anlaqdır ki, böyüklər üçün əyləncə şirkətin ruhuna uyğun deyil`. – deyə rəsmi bildirib.

ABŞ-ın Seksual İstismar mələləri üzrə Mərkəzi (National Center on Sexual Exploitation) də `Hilton`un ideyasını dəstəkləyib.

`Pornoqrafiya otellərdə ciddi problem olan seksual-xidmətlərlə yanaşı, seksual zorakılıq hallarının artması ilə nəticələnir`, - deyə mərkəzin icraçı direktoru Doun Hokins bildirib.
Qeyd edək ki, `Hilton` otellər şəbəkəsi 1919-cu ildə yaradılıb. Şəbəkəyə daxil olan otellərin sayı 4000-i keçir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti