Ermənilərdən Azərbaycana qarşı yeni TƏXRİBAT

Ermənilərdən Azərbaycana qarşı yeni TƏXRİBAT
  26 Avqust 2015    Oxunub:3375
Fransada erməni təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Parisin birinci meriyası tərəfindən sentyabrın 3-ü keçirilməsi planlaşdıran `Azərbaycan kəndi Pale Royalın ürəyində` tədbirinə qarşı etiraz məktubu göndərib.

Bu barədə AzVision.az `Nouvelles d`Armenie`-ya istinadən xəbər verir.

Erməni təşkilat rəhbərlərinin sözlərinə görə, onlar Fransanın paytaxtında belə bir tədbirin keçiriləcəyindən, Azərbaycan tərəfindən Ermənistana qarşı səsləndirilən təhdidlər fonunda bu ölkənin `tolerantlıq ölkəsi` kimi təqdim olunmasından şoka düşüblər.

Onlar merdən Azərbaycanın təbliğatına hesablanan bu tədbirin tamamilə ləğv olunmasını istəyirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti