Adınızı Marsa göndərin – YENİLİK

Adınızı Marsa göndərin – YENİLİK
  26 Avqust 2015    Oxunub:2883
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) internet istifadəçilərinə öz adlarını Mars planetinə göndərməyi təklif edir.
AzVision.az NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, istifadəçi adları Marsa uçacaq ` InSight` tədqiqat aparatı vasitəsilə göndəriləcək.

İstifadəçi adları xüsusi mikroçipə yazılacaq. Aksiyada iştirak etmək üçün qeydiyyat formasını doldurmaq lazımdır. İstifadəçilər sentyabrın 8-nə qədər adlarını qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, `InSight` aparatının 2016-cı ilin mart ayının əvvəlində Kaliforniyada (ABŞ) yerləşən Vanderberq hərbi-hava bazasından kosmosa buraxılacaq. Tədqiqat aparatını kosmosa `Atlas V` raket daşıyıcısı vasitəsilə göndəriləcək. ``InSight` aparatının kosmosa göndərilməsi təxminən 160 milyon dollara başa gələcək.

AzVision.az oxuculara BURA daxil olaraq öz adlarını Mars planetinə göndərməyi təklif edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti