Türkiyədə növbədənkənar seçkilərin vaxtı bəlli oldu

Türkiyədə növbədənkənar seçkilərin vaxtı bəlli oldu
  26 Avqust 2015    Oxunub:1544
Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb. Qərar qurumun bu gün keçirilən toplantısında qəbul olunub.
Türkiyə MSK-nın sədri Sadi Güvən jurnalistlərə açıqlamasında növbədənkənar parlament seçkilərinin noyabrın 1-də keçiriləcəyini bildirib.

"MSK qış mövsümümün yaxınlaşmasını da nəzərə alaraq Türkiyə Konstitusiyasının müddəalarına əsaslanaraq XXVI çağırış parlament seçkilərinin 1 noyabr 2015-ci il tarixində keçirilməsinə qərar verib", - o deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmət Yılmazı qəbul edib. R.T.Ərdoğan görüş zamanı yeni hökumətin qurulmaması səbəbindən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul etdiyini diqqətə çatdırıb.(Report)


Teqlər:





Xəbər lenti