Türkiyə 34 kürd yaraqlısını məhv etdi

Türkiyə 34 kürd yaraqlısını məhv etdi
  25 Avqust 2015    Oxunub:2353
Türkiyə Baş Qərargahı İraqın şimalında 34 PKK (Kürd Fəhlə Partiyası) yaraqlısının məhv edildiyinə dair məlumat yayıb.
Bu barədə AzVision.azTürkiyə KUV-nə istinadən xəbər verir.

`Hərbi hava əməliyyatlarının keçirilməsi nəticəsində İraqın şimalında (Kandildə) 34 yaraqlı məhv edilib`, - deyə Qərargahın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib. Həmin gün İŞİD-in Türkiyə qolunun rəhbəri, Abu hanzalla ləqəbli Halis Bayancuk həbs edilmişdi.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti