Azərbaycanlı milyarder İranda biznesə girişir

Azərbaycanlı milyarder İranda biznesə girişir
  25 Avqust 2015    Oxunub:5131
Rusiyanın `Lukoyl` şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov sentyabrda İrana səfər edə bilər.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Rusiya prezidentinin xüsusi nümayəndəsi, XİN-in Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bildirib.

İyulun sonunda İranın nüvə proqramı üzrə razılaşma əldə olunduqdan sonra rəsmi Moskva və Tehran arasında ikitərəfli əlaqələrin inkişafını şərh edən Kabulov qeyd edib ki, Rusiya şirkətləri cəld tərpənməlidirlər: `Çünki, rəqiblər yatmırlar`.

`Artıq xeyli müddətdir ki, Qərb şirkətləri İranda özləri üçün zəmin yaradırlar. Biz hər həftə xeyli sayda biznesmeninin ora səfər etdiyini oxuyuruq. Bu normal ticari rəqabətdir. İranlılar bu zaman özlərinə daha sərfəli tərəfdaşlar seçəcəklər. Deməli rəqabət olacaq`, - Kabulov qeyd edib.

Onun sözlərinə görə, bu məsələ də Lukoyl da özünü aktiv şəkildə göstərir: `Bu yaxınlarda, sentyabrda şirkətin rəhbəri Vahid Ələkbərov İrana səfər edəcək`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti