Bavariyadakı yanğınla bağlı 40 nəfərlik istintaq qrupu yaradıldı – Səfirlik

Bavariyadakı yanğınla bağlı 40 nəfərlik istintaq qrupu yaradıldı – Səfirlik
  25 Avqust 2015    Oxunub:1781
Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi faktı ilə bağlı araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır.

Bu barədə AzVision.az-a Azərbaycanın Almaniyadakı Səfirliyindən məlumat verilib.

Səfirliyin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət xüsusi istintaq qrupu məsələnin araşdırılmasını həyata keçirir: "Amma hələ ki, şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir".

Qeyd edək ki, avqustun 21-də Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib. Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq, hadisənin araşdırılmasını diqqətdə saxlayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti