PKK 88-i qız olmaqla 316 uşağı qaçırıb

PKK 88-i qız olmaqla 316 uşağı qaçırıb
  25 Avqust 2015    Oxunub:3373
Türkiyədə 316 uşağın valideyni “övladımı PKK dağlara qaçırıb” şikayəti ilə ölkənin təhlükəsizlik orqanlarına müraciət edib.
AzVision.az türk mətbuatına istnadən xəbər verir ki, həmin uşaqlardan 88-i qızdır. Qaçırılan uşaqlar “terrorun qurbanı olan itkinlər” siyahısına daxil edilib.

Yetginlik yaşına çatmayan uşaqlar PKK-nın qollarından biri sayılan PYD-nin (Demokratik Birlik Partiyası) gəncləri bölümündə hazırlaşdırıldıqdan sonra YPG sıralarına qəbul edilirlər. Qarşı çıxanı isə ölüm gözləyir.


Teqlər:  





Xəbər lenti