`Avropa Oyunları möhtəşəmdir` - İlk qızıl medalçı (VİDEO)

`Avropa Oyunları möhtəşəmdir` - İlk qızıl medalçı (VİDEO)
  13 İyun 2015    Oxunub:2434
“Birinci Avropa Oyunlarında iştirak etmək möhtəşəmdir və ilk qızıl medalı qazanmaq gözəl hissdir”.
Bunu birinci Avropa Oyunlarının ilk qızıl medaçlısı, İsveçrəli dağ velosipedçisi Yolanda Neff deyib.

O qeyd edib ki, yarış marşrutu çox küləkli idi: “İlk üç dövrədə biz qrup şəklində yarışırdıq və daha sonra mən sürətimi artırdım və getdikcə rəqiblərimdən daha çox uzaqlaşdım. Həqiqətən çox sevinirəm ki, komanda yoldaşım, isveçrəli Ketrin Stirnemann gümüş medalı və Polşanı təmsil edən yaxın rəfiqəm Maya Vlojovska bürünc medalı qazandı".

Qeyd edək ki, bu gün İsveçrəli dağ velosipedçisi Yolanda Neff Dağ Velosipedi Veloparkında Bakı 2015 qadınlar arasında dağ velosipedi yarışında qızıl medal qazanaraq tarix yazıb və ilk Avropa Oyunlarının çempionu adına layiq görülüb.

İlk Avropa Oyunlarının çempiyonu qızıl medalını Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkidən qəbul edib.




Teqlər:  





Xəbər lenti