

Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
* Təhsil üzrə əməkdaşlıq və kadr hazırlığı: Kosmik və İKT sahələrində yüksək ixtisaslı kadrların hazırlanması və təhsil sahəsində birgə təşəbbüslərin inkişafı.
* Elmi tədqiqat və akademik əməkdaşlıq: Elmi tədqiqatların aparılması və yeni akademik layihələrin həyata keçirilməsi.
* Universitetin təhsil üzrə rəqəmsal platformalarından istifadə: Təhsil sahəsində yeni rəqəmsal texnologiyalar və platformaların istifadəsi
* Azerkosmosun təlim və məsləhət xidmətlərinin Özbəkistanda təşviqi: Azərkosmosun təcrübə və biliklərini Özbəkistana gətirərək yerli tələblərə uyğun təlim və məsləhət xidmətlərinin təmin edilməsi.
* Telekommunikasiya, Yerin müşahidəsi xidmətləri və teleport infrastrukturundan istifadə: Kosmik texnologiyaların ticarət və kommersiya sahələrində istifadəsi, yerin müşahidəsi və telekommunikasiya xidmətlərinin birgə inkişafı.
Qeyd edək ki, imzalanma mərasimi Azərkosmosun ev sahibliyi ilə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC zamanı Azərkosmos 10-a yaxın Anlaşma Memorandumu imzalayıb.
AzVision.az