Təsnifat yarışları başa çatıb

Təsnifat yarışları başa çatıb
  13 İyun 2015    Oxunub:1460
Bakı-2015 Avropa Oyunları çərçivəsində sinxron üzgüçülük üzrə fərdi sərbəst rejimdə təsnifat yarışları başa çatıb.
Yarışların nəticələrinə görə, ən yüksək xalı Rusiya nümayəndəsi Anisiya Neborako (89, 1333) toplayıb. İspaniya idmançısı Berta Ferreraz Sanz (86, 6333 xal) ikinci, Ukrayna idmançısı Yelizaveta Yaxno (86, 1667 xal) üçüncü yerə layiq görülüb.

Azərbaycanı bu idman növündə təmsil edən Yekaterina Valiulina 72,3000 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.


Azvision.az


Teqlər:  





Xəbər lenti