Kişilər arasında su polosu üzrə yarışlar başlayıb

Kişilər arasında su polosu üzrə yarışlar başlayıb
  13 İyun 2015    Oxunub:1690
Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında su polosu üzrə yarışlar başlayıb.
AzVision.az-ın məlumatına görə, yarışlar C və D qrupları üzrə müvafiq olaraq, Xorvatiya-Türkiyə və İspaniya-Malta matçları ilə start götürüb. Azərbaycan millisinin çıxışı Rumıniya komandasına qarşı olacaq. Oyun 18:45-də başlayacaq.

C qrupunda həmçinin 20:30-da başlayacaq Monteneqro-Yunanıstan və D qrupunda 11:15-də başlayacaq Serbiya-Slovakiya oyunları keçiriləcək. Bundan başqa, A qrupunda Rusiya-Ukrayna, İtaliya-Fransa oyunları baş tutacaq.

Bu gün həmçinin qadınlar arasında A və B qrupları üzrə su polosu yarışları keçiriləcək.
A qrupunda Böyük Britaniya-Almaniya, Macarıstan-İsrail və Yunanıstan-Niderland, B qrupunda isə Serbiya-Slovakiya, Rusiya-Fransa və İspaniya-İtaliya qarşıdurmaları keçiriləcək.

Qeyd edək ki, bütün yarışlar Su Polosu arenasında baş tutacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti