Məşəl BEGOC-un baş ofisində

Məşəl BEGOC-un baş ofisində
  12 İyun 2015    Oxunub:1700
Birinci Avropa Oyunlarının məşəli paytaxt estafetinin beşinci günündə - iyunun 11-də “Bakı-2015” Əməliyyat Komitəsinin (BEGOC) baş ofisinə gətirilib.
Məşəli BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq daşıyıb.

Məşəlçi S.Kleq deyib: “Məşəlin bizim üçün çox böyük əhəmiyyəti var. Çünki məşəl məhz bizim son dövrlərdə gördüyümüz nəhəng işlərin göstəricisidir. Hər bizimizin əməyini, hisslərini və bütün xalqın coşqusunu bu məşəl vasitəsilə əks etdirməkdən məmnunuq”.

Sonra məşəl BEGOC-un baş ofisindən birinci Avropa Oyunlarının Atletlər Kəndinə aparılıb. Axşam saatlarında məşəl Dənizkənarı Milli Parka gətirilərək “Sadko” limanından yola salınacaq.


Teqlər:





Xəbər lenti