`Bir daha deyirəm 960 milyondur`

`Bir daha deyirəm 960 milyondur`
  11 İyun 2015    Oxunub:2947
"Niderlandın büdcəsi haqqında heç nə deyə bilmərəm. Bu onların özünə aid məsələdir".
Bunu Gənclər və idman naziri Azad Rəhimov Hollandiyanın II Avropa Oyunlarının keçirilməsindən imtina etməsi ilə bağlı suala cavabında deyib. Nazir bildirib ki, əvvəl həvəsləri var idi keçirməklə bağlı, amma təsdiq vermədilər:

"İkitərəfli anlaşmada problem olubdur. Avropa Oyunlarını keçirmәk üçün büdcә ilә bağlı iki rәqәm var. 57 milyon vә 125 milyon. Hәr hansı hökumәtin dәstәyi olmadan Avropa Olimpiya Komitәsi orda yarış keçirә bilmәz. Biz Avropa Oyunları ilә bağlı büdcәmizi açıqlamışıq və bir daha deyirəm 960 milyondur. Bunu açıqlamışıq vә yenə də deyirəm ki, gözlәnilmәz xәrclәr oldu və büdcə artdı. Kimsә oturub bu xәrclәri hesablaya bilәrsә, hesablasın.

Amma bu çox çәtindir. Birlikdә saysaq, obyeklәtin tikilmәsi vә 2013-cü ildən xәrclәnәn pullar 2 milyarda çatar. Amma mәn 960 milyonu әmәliyyat xәrclәri olaraq deyirәm. Kimsә deyirsә milyardlar xәrclәyir, bu, düzgün deyil.”

Nazir eyni z amanda qeyd edib ki, bu günədək Azərbaycan idman yarışlarında Avropa komandaları arasında həmişə ilk 10-luqda yer alıb:

Belə möhtəşəm tədbirlərdə qabaqcadan heç bir proqnoz vermək düzgün deyil. Yarışların gərginliyi, iştirak edən ölkələrin sayı, ətrafda olan mühit, həyəcan bəzən Olimpiya, dünya çempionlarını yarışdan kənarlaşdırıb. Amma bəzən təcrübəsi olmayan idmançı qızıl medal qazanıb.

Bizim üstünlüyümüz ondadır ki, ev sahibliyi kimi bizə təsnifat yarışlarından keçməyə ehtiyac olmadı. Bizim idmançılar bütün idman növlərində iştirak edəcəklər. Bu bizə bütün idman növlərində medal qazanmağa şans verir. Yarışlara tamaşa etməyə gələn yerli insanların dəstəyi də bizə böyük imkan yaradır".

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti