Ərdoğan `Bakı-2015`in açılışına gəlir

Ərdoğan `Bakı-2015`in açılışına gəlir
  18 May 2015    Oxunub:2609
“I Avropa Oyunlarında iştirak etmək üçün Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan artıq Bakıya dəvət edilib”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı Bakıya Azərbaycan prezidenti İlham Əliyev dəvət edib: “Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə biz Türkiyədən ən yüksək şəkildə qatılmağa hazırıq. İnşallah, yenə də, ən yüksək səviyyədə iştirak olacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti