Sarkisyan Putindən icazə alacaq
Politoloqun fikrincə, hər hansı bir sazişi imzalamaqdan əvvəl Ermənistan prezidenti Moskvaya səfər etməli və Rusiya prezidenti Vladimir Putindən icazə almalıdır: “Təəssüflər olsun ki, Ermənistan öz xarici siyasətini həyata keçirmək imkanını məhrum edilib – onu Moskva müəyyənləşdirir. Ona görə də istənilən ssenariyə hazır olmaq lazımdır: Əgər Putin icazə versə, onda Sarkisyan sənədi imzalayacaq. Əgər icazə verməsə onda sənəd imzalanmayacaq. Rusiyalı müxalifətçi hesab edir ki, Ermənistanın xarici siyasət kursunda Kremlin icazəsi olmasa hər hansı bir dəyişiklik ola bilməz”.
Eldar Tanrıverdiyev
Azvision.az