Sabiq kəşfiyyat rəisi BP rəhbərliyində

Sabiq kəşfiyyat rəisi BP rəhbərliyində
  15 May 2015    Oxunub:2718
Böyük Britaniyanın neft-qaz şirkəti olan BP ölkənin Mİ6 kəşfiyyat xidmətinin sabiq rəisi Con Soersi idarə heyətinin üzvü təyin edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Con Soers 2014-cü ilin noyabrında qədər Britaniyanın xarici kəşfiyyat xidməti olan Mİ6-nın rəisi olub. Soersin kəşfiyyat xidmətində 36 illik iş təcrübəsi var.

Analitiklər sabiq Mİ6 rəisinin BP-nin idarə heyətinin üzvü təyin edilməsini sensasion hadisə kimi qiymətləndiriblər. Belə ki, hazırda BP Rusiya və İraq da daxil olmaqla dünyanın bir çox ölkələrində neft-qaz yataqlarını istismar edir. Rusiyanın “Rosneft” şirkətinin səhmlərinin beşdə biri BP-nin əlindədir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti