Konsertdən əvvəl çıxış edən UNESCO-nun idarə rəisi Genc Seiti caz sənətinin həm də müxtəliflik, sülh, qarşılıqlı anlaşma olduğunu bildirib.
Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın caz tarixi haqda, xüsusilə də ölkəmizdə inkişaf etmiş muğamla cazın sintezi haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbir zamanı iştirakçılara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunan nəşrləri, eləcə də musiqi diskləri təqdim olunub.
Sərgi mayın 20-dək davam edəcək. Mayın 16-da isə sərgidə saat 00.00-dək “açıq qapı” elan olunacaq.
AzVision.az