Yenilik: Mobil məscidlər gəlir

Yenilik: Mobil məscidlər gəlir
  14 May 2015    Oxunub:2870
May ayının sonlarından etibarən Rusiyanın paytaxtı Moskva şəhərində namaz qılmaq istəyən istənilən şəxs mobil məscid sifariş edə biləcək.
AzVision.az-ın məlumatına görə, bu barədə “İnterfax” a layihənin müəlliflərindən biri Ayrat Qasımov bildirib.

Mobil məscid xüsusi avtobusdur. Onun içərisində dəstnamaz almaq və 6-7 nəfərin birlikdə dua etməsi üçün xüsusi yerlər var. Yeni xidmətdən yararlanmaq istəyən inancı şəxslər “Mobilnayamecet.rf” saytında qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, bu ilin fevral ayında Moskva müftisi İldar-həzrət Alyautinov bəyan etmişdi ki, mobil məscidlər paytaxta ibadət yerlərinin çatışmazlığı problemini aradan qaldıra bilməyəcək. Müftinin sözlərinə görə, avtobus “məscidin təkrar olunmaz mühitini ibadət edən şəxsə çatdıra bilməz”

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti