Avropa Rusiyaya qarşı mövqeyini dəyişir

Avropa Rusiyaya qarşı mövqeyini dəyişir
  14 May 2015    Oxunub:2242
Avropa İttifaqında (Aİ) heç kəs Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini istəmir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

“Mən hazırda Avropada sanksiyaların gücləndirilməsinə dair bəyanatlar eşitməmişəm. Lakin mən bir çox insanlardan mövcud sanksiyaların saxlanılmasının vacibliyini eşitmişəm”, - deyə alman diplomat bildirib.

Nazir vurğulayıb ki, sanksiyaların aradan qaldırılması üçün əsas şərt Minsk razılaşmalarının şərtlərinin tam şəkildə yerinə yetirilməsidir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti