Dünya çempionu Azərbaycanda üzr istədi

Dünya çempionu Azərbaycanda üzr istədi
  24 Aprel 2015    Oxunub:2311
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.
Rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib.

Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.

Vladimir Kramnik "Synergy Group"un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib. (Ans)


Teqlər:





Xəbər lenti