Güləşçilərimiz 9 medal qazandı

Güləşçilərimiz 9 medal qazandı
  18 Aprel 2015    Oxunub:2472
Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.

İkinci yarış günündə gənclər arasında yunan-Roma güləşi üzrə 102 pəhləvan mübarizə aparıb. Gənc güləşçilərimiz yarış gününü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.

50 kq

FİNAL - Azər Nəsibli - Nofəl Babayev 3:4
Bürünc medal - Murat Çankaya (TUR)
Bürünc medal görüşü - Ziyad Zeynalov - Nuqzari Tsurtsumia (GEO) 0:5

74 kq
FİNAL - Furkan Bayrak (TUR) - Burhan Akbudak (TUR) 1:1*
Bürünc medal görüşü - Mehrac Kərimov - Y.Başer (TUR) 2:11
Bürünc medal görüşü - Şəmistan Quluzadə - Keivan Rezai (İRİ) 1*:1

55 kq
FİNAL - Təbriz Yusifzadə - Ağania Mohammadreza (İRİ) 10:0
Bürünc medal görüşü - Fikret Keser (TUR) - Necip Can Dokgöz (TUR) 0:8
Bürünc medal görüşü - Dato Çkartişvili (GEO) - Nuzudbek Turçubayev (KGZ)

84 kq
FİNAL - İslam Abbasov - Mehmet Can Bıçak (TUR) 4:1
Bürünc medal görüşü - Mahdi Fallahhamidanadi (İRİ) - Nika Qavaşeli (GEO) 3:1
Bürünc medal görüşü - Giorgi Melia (GEO) - Giga Kokoladze (GEO) 3:1

60 kq
FİNAL - Levani Kavjaradze (GEO) - Kərim Cəfərov 5:4
Bürünc medal görüşü - Kali Sulaymanov (KGZ) - Hüseyin Sayın (TUR) 8:0
Bürünc medal görüşü - İrakli Şavadze (GEO) - Mehmet Geker (TUR) 5:0

96 kq
FİNAL - Orxan Nuriyev - Zsolt Torok (HUN) 3:1
Bürünc medal görüşü - Sulxani Buidze (GEO) - Mohammad Biranvand (İRİ) 10:1
Bürünc medal görüşü - İbrahim Tığcı (TUR) - Soslan Fanziyev 1:2

66 kq
FİNAL - Maksim Yevtuşenko (UKR) - Ramazi Zoidze (GEO)
Bürünc medal görüşü - Janat Bolotbekov (KGZ) - Namaz Rüstəmov 9:14
Bürünc medal görüşü - Oğuzhan Yalçın (TUR) - Ruhin Mikayılov 6:4

120 kq
FİNAL - Zviadi Pataridze (GEO) - Osman Yıldırım (TUR) 4:1
Bürünc medal görüşü - Beka Kandelaki (GEO) - Zamir Məhəmmədov 5:0
Bürünc medal görüşü - Roman Kim (KGZ) - Emre Muyan (TUR) 9:3


Teqlər:





Xəbər lenti