İbrahimoviç dilinin bəlasına düşdü

İbrahimoviç dilinin bəlasına düşdü
  11 Aprel 2015    Oxunub:1909
Fransanın “PSJ” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç bu ölkəni təhqir etdiyinə görə çempionatın dörd oyunundan kənarlaşdırılıb.
İsveçli futbolçu Fransa çempionatının 29-cu turunda “Bordo” (2:3) ilə səfər oyunundan sonra qalmaqallı bəyanat verib.

Fransızların məğlubiyyəti ilə başa çatan görüşdən sonra hakimləri tənqid edən Z.İbrahimoviç daha sonra deyib: “Fransa “PSJ” kimi komandaya layiq deyil”.

Sonralar İbrahimoviç bildirib ki, o, hakimləri və ölkəni təhqir etmək istəməyib, onun şərhləri sırf futbola aid olub.


Teqlər:





Xəbər lenti