Ağır yol qəzası: 4 ölü, 2 yaralı

Ağır yol qəzası: 4 ölü, 2 yaralı
  16 May 2013    Oxunub:1335
Xaçmazda minik avtomobili ilə "Qazel" toqquşub
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Natiq Ağaoğlan oğlu Vahidi və 3 nəfər sərnişini hadisə yerində vəfat edib, digər avtomobildə olan sürücü və sərnişin xəsarət alıb.

Xilasedicilər hadisə yerinə çatana kimi minik avtomobilində olan 3 nəfərin meyiti, yük avtomobilində olan sürücü və sərnişin vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə "VAZ" markalı nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sürücü N.Vahidinin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:  





Xəbər lenti