“Neftin ucuzlaşması bizə sərf edir” - Ağ ev

“Neftin ucuzlaşması bizə sərf edir” -  Ağ ev
  06 Yanvar 2015    Oxunub:1940
Brak Obama Administrasiyası bəyan edib ki, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatı üçün sərfəlidir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Ağ Ev rəsmisi Coş Ernest bildirib ki, ABŞ istehlakçıları neftin qiymətinin aşağı düşməsindən udur. Belə ki, hazırda benzinin qiyməti aşağı düşür, avtomobillərin satışı isə artır. ABŞ ərazisinin bir çox hissəsində bir qallona (3,7 litr) görə benzinin qiyməti 2 dollardan aşağı düşüb.

Qeyd edək ki, hazırda bir barel “Brent” markalı neftin qiyməti 53 dollardır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti