“Saakaşvili düşmən və satqındır” – Baş nazir

“Saakaşvili düşmən və satqındır” – Baş nazir
  26 Dekabr 2014    Oxunub:2753
Gürcüstan baş naziri İrakli Qaribaşvili sabiq ölkə prezidenti Mixail Saakaşvilini xəyanətdə ittiham etdi.
AzVision.az “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Saakaşvilinin ölkə hərbçilərinin Ukraynaya döyüşməyə səsləməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

“Sabiq prezident Mixail Saakaşvili, sabiq Ali Baş Komandan və onun nümayəndələrinin hərbçiləri Gürcüstan vətəndaşlığından imtina edərək Ukraynada döyüşlərə getmələri barədə çağırışı birbaşa olaraq xəyanətdir”, - deyə Qaribaşvili ilin yekunlarına dair mətbuat konfransında vurğulayıb.

Baş nazirin fikrincə, Saakaşvili Gürcüstan və gürcü xalqının düşmənidir. Baş nazir həmçinin vurğulayıb ki, Saakaşvili yalnız ölkə daxilində deyil, Gürcüstan və Rusiya arasında yeni açıq qarşıdurma yaratmaq istəyir. Qaribaşvili rəsmi Tbilisinin Kiyevə yalnız humanitar kömək etdiyini də xatırladıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti