Putin: “Rusiyada “Saray çevrilişləri” ola bilməz” – CANLI YAYIM
Putin yenidən Qərbi təhdid etdi
Rusiya prezidenti Vladimir Putin jurnalistlə üçün keçirdiyi mətbuat konfransında Qərbi sərt şəkildə tənqid edib.
Onun sözlərinə görə, Rusiya və Qərb arasında yeni “divar” indi yox, hələ əvvəl yaranmağa başlayıb.
“Biz Berlin divarının dağıldığını bilirik. Hazırda biz hər hansı yeni divarların yüksəldiyini görürük. Biz bu halı indi görmürük. Məgər Berlin divarının dağılmasından sonra NATO-nun Şərqə doğru daha genişlənməyəcəyi demədilər? Lakin əksinə oldu. Onlar Şərqə doğru genişləndilər. Məgər bu “Divar” deyil?
Suallara cavab verərkən Putin bildirib ki, neftin qiyməti bundan sonra da düşə bilər və Rusiya lazım olan tədbirləri görəcək: “Bizim iqtisadiyyatımız bu vəziyyətdən çıxacaq. İndiki vəziyyət uzağı iki il davam edə bilər”.
Putinin sözlərinə görə, Rusiya iqtisadiyyatındakı geriləmə 2015-ci ilin birinci rübündən etibarən düzələ bilər.
`Əgər iqtisadi vəziyyət pisləşərsə, planlarımıza dəyişikliklər etməli olacağıq. Hazırda hökumət adekvat tədbirlər görməyə davam edir`-Putin deyib.
Rusiya prezidenti rublun dəyərinin artacağına ümid etdiyini bildirib: “ Hökumət sosial öhdəlikləri qoruyub saxlamağa çalışacaq”.
Rusiya Ukrayna əlaqələrinə gəlincə, Rusiya prezidenti Vladimir Putin, ”Rusiyanın Ukrayna ilə bağlı tutduğu yol ən doğru yoldur. Sədd çəkməyə son qoyub ümumi humanitar məkan yaratmaq lazımdır” deyib.
Putinin fikrincə, Ukrayna böhranı siyasi yolla həll olunmalıdır: “Münaqişənin təzyiq, iqtisadi blokada və ya hərbi müdaxilə ilə həlli mümkünsüzdür. Siyasi həll yolları araşdırılmalıdır. Ukrayna Prezidenti Pyotr Poroşenkonun situasiyanı nizamlamaq niyyətində olduğundan şübhə etmirik. Əgər rəsmi Kiyev sülhə nail olmaq istəyirsə, Donbass sakinlərinin maraqlarına hörmət etməlidir”.
Rusiya bürokratiyası Avropanınkı ilə müqayisədə “dincəlir”.
“Rusiya bürokratiyası problemi mövcuddur, lakin Avropada bürokratiya daha güclüdür... O ki qaldı bürokratiyalaşdırmağa, diqqət yetirin, əgər Brüsseldə bu barədə soruşsanız, sizə ətraflı məlumat verəcəklər. Bu məsələdə Brüssel bürokratları bizimkiləri kölgədə qoyublar. Onlarla müqayisədə bizim bürokratlar dincəlirlər. Ancaq danmaq olmaz, Rusiyada bürokratiya problemi yox deyil ”- RF prezidenti deyib.
Putindən Türkiyə ilə bağlı özəl açıqlama
Türkiyə və Yunanıstan sərhədi yaxınlığında Avropa Qaz habının yaradılması Avropa İttifaqından asılıdır. Rusiya isə öz növbəsində bu istiqamətdə işləməyə hazırdır.
Türkiyəyə gəldikdə isə Rusiya lideri bəyan edib ki, hazırda Türkiyə, Asiya-Sakit okeanı regionu kimi sürətlə inkişaf edir və onun da əlavə enerji resurslarına ehtiyacı var: “Hazırda türkiyəli tərəfdaşlar daxili bazar üçün tədarüklərin artırılmasını istəyir. İndi biz bundan imtina edək? Bizim onlarla konkret qiymətlərin müəyyənləşdiyi sazişlərimiz var.
***
Putin Çeçenistan prezidenti Ramzan Kadırovu tənqid edib
Rusiya prezidenti Ramzan Kadırovu tənqid edib. Putinin sözlərinə görə, Çeçenistan prezidenti Ramzan Kadırov da daxil olmaqla heç kim Qroznıda terror aktı törədən insanların qohumlarını təqib edə bilməz.
“Bu həmçinin terrorçuların qohumu, onların evi və onların Respublika ərazisindən çıxarılması və s. məsələlərə aiddir. Təbii ki, mənim bu məsələ bilə bağlı başqa yanaşmam da ola bilməz. Rusiyada mövcud qanunlar var. Günahı sübut olunmayana qədər heç kəs cinayətkar sayıla bilməz”, - deyə Putin bildirib.
***
Rusiyada “Saray çevrilişləri” ola bilməz
Vladimir Putin mətbuat konfransında bəyan edib ki, Rusiyada “Saray çevrilişləri” ola bilməz: “Saray Çevrilişlərinə gəldikdə isə narahat olmayan bizim ölkədə saraylar yoxdur. Ona görə də çevriliş ola bilməz. Bizim rəsmi iqamətgahımız var – Kreml. O, yaxşı qorunur və bu bizim dövlət sabitliyimizdən biridir. Lakin ölkədəki sabitlik rus xalqının dəstəyinə əsaslanır. Biz Rusiya Federasiyası vətəndaşlarının böyük əksəriyyətinin maraqları əsasında hərəkət edirik”.
Yenilənir...
Eldar Tanrıverdiyev
AzVision.az