Ölü sayı 104-ə çatdı - YENİLƏNİB

Ölü sayı 104-ə çatdı - YENİLƏNİB
  16 Dekabr 2014    Oxunub:2133
Pakistanın Pişəvər şəhərində “Taliban” terror təşkilatının tabeliyində olan silahlı dəstə 500 şagird və müəllimi girov götürüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşıdurma zamanı ordunun tabeliyində olan məktəbdən girov götürülən 104 şagird ölüb, 28 nəfər yaralanıb.

Hazırda Talibançılarla Pakistan ordusu arasında qarşıdurma davam edir.

Məktəbə ən azı 6 nəfər silahlının girdiyi bildirilir. Silahlılar məktəbə gedən yolu bağlamaq üçün avtomobili yandırıb.

Hadisənin məsuliyyətini Taliban terror təşkilatının Pakistanda fəaliyyət göstərən qolu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti