ABŞ Dövlət Departamenti işıqsız qaldı

ABŞ Dövlət Departamenti işıqsız qaldı
  16 Dekabr 2014    Oxunub:1350
Vaşinqtonda elektrik yarımstansiyasında transformatorun partlaması nəticəsində Dövlət Departamenti daxil olmaqla, bir sıra dövlət binaları və şəhər metrosunun mərkəzi stansiyalarından biri elektrik enerjisiz qalıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 09:05-də qeydə alınıb.

Dövlət departamentinin mətbuat xidməti idarənin fəaliyyətinin davam etdirdiyini bildirib. Bununla belə bu günə nəzərdə tutulan brifinq ləğv olunub. Bunun elektrik enerjisinin kəsilməsi ilə əlaqəli olub-olmaması bilinmir.


Teqlər:  





Xəbər lenti