ŞOK: Şahzadə könüllü şəkildə taxtdan imtina etdi

ŞOK: Şahzadə könüllü şəkildə taxtdan imtina etdi
  13 Dekabr 2014    Oxunub:2022
Taylandın kral taxtının varisinin arvadı şahzadə Srirasmi Afxarafonqriçi könüllü olaraq kral titulundan imtina edib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, artıq 87 ölkə kralı Pumipon Adulyadet şahzədənin istəyini qəbul edib.

Şahzadə Srirasmi bu cür addım atmasına səbəb onun ailə üzvlərinin adının korrupsiya qalmaqalında hallanması olub. Dekabrın birində Tayland şahzadəsi Maha Vadçiralonkqorn həyat yoldaşının qohumlarını fəxri adlar və titullardan məhrum edib. O, həmçinin onlara Afxarafonqriç soyadından istifadə etməyə qadağa edib.

Qeyd edək ki, daha əvvəl şahzadə Srirasmi üç qohumu korrupsiya ittihamı üzrə polis tərəfindən həbs edilib. Hər üç şəxs ölkədə rəhbər vəzifədə çalışıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti