Dünyanın ən güclü orduları

Dünyanın ən güclü orduları
  13 Dekabr 2014    Oxunub:1740
Business Insider ölkələrin ordularının reytinq cədvəlini açıqlayıb.
Rusiya öz hərbi potensialına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

ANS PRESS-in məlumatına görə, Business Insider dünya ölkələrinin ordularının reytinq cədvəlini açıqlayıb.

Siyahıda ABŞ ordusu böyük müdafiə büdcəsinə görə birinci yeri tutur və dünyanın ən güclü ordusu hesab edilir. ABŞ-ın hərbi büdcəsinin 612 milyard dollar təşkil edir.

Hərbi gücünə görə ikinci yerdə olan Rusiyanın hərbi büdcəsi 76 milyard dollar təşkil edir. Business Insider qeyd edir ki, Rusiya gələn il büdcəni 88 milyard dollara çatdırmağı planlaşdırır.

Çin isə hərbi gücünə görə 3-cü yerdədir. Bu ölkənin hərbi büdcəsi isə 126 milyard dollar təşkil edir.


Teqlər:





Xəbər lenti